Avropa çempionatında iştirak edəcək qadın voleybolçulardan ibarət millimizin ilk oyun tarixi müəyyənləşib | |
Avropa çempionatının final mərhələsində iştirak edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. Növbəti qarşılaşmalarda rəqiblərimiz Almaniya, Türkiyə, Yunanıstan və İsveç yığmaları olacaq. Millimiz C qrupunda yer alır. Qrup oyunlarımıza Almaniyanın Düsseldorf şəhəri ev sahibliyi edəcək. Qeyd edək ki, qrupda ilk dörd yeri tutacaq kollektivlər pley-offa vəsiqə qazanacaqlar. C qrupunda mərhələ adlayacaq komandalar bu etapda A qrupunda 1-4 yerləri tutacaq komandalarla qarşılaşacaqlar . |
|
Xəbər 120 dəfə oxundu. |
|
|