Bonuççi “Yuventus”la vidalaşıb
Ulduz futbolçu Leonardo Bonuççi formasını geyindiyi İtaliyanın “Yuventus” klubu ilə vidalaşıb.

36 yaşlı mərkəz müdafiəçisi bununla bağlı paylaşım edib.

Məşqçilər korpusu ilə yola getmədiyi üçün transferə çıxarılan İtaliya millisinin üzvü vida mesajında “qoca sinyora”nın azarkeşlərinə təşəkkürünü bildirib: “Burada çox şey öyrəndim, mübarizə apardım, xəyal qurdum. Düşündüyümdən daha çoxuna nail oldum. Bu günün reallığı evim kimi qəbul etdiyim, hələ də evim kimi gördüyüm, daim sevəcəyim klubu tərk etməyimi şərtləndirir. İlk gündən bu günədək məni sevən bütün “Yuventus” azarkeşlərinə təşəkkürlər!”.

Qeyd edək ki, 2010-2017-ci və 2018-2023-cü illərdə “Yuventus”un formasını geyinən Leonardo Bonuççi 502 oyunda 37 qol vurub, 10 məhsuldar ötürmə verib.

Xəbər 148 dəfə oxundu.