Sərbəst güləş millimiz Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub | |
Azərbaycanın sərbəst güləş millisi Belarusda keçirilən II MDB Oyunlarını 6 medalla başa vurub. Azərbaycan Güləş Federasiyasından mətbuat xidmətindən verilən məlumata əsasən, yığma yarışda 2 qızıl, 3 gümüş, 1 bürünc medal əldə edib. Cəbrayıl Qadjiyev (74 kq) və Arseniy Djioyev (86 kq) 1-ci, Ayxan Abdullazadə (61 kq), Murad Yevloyev (70 kq) və Abdulcəlil Şabanov (92 kq) 2-ci, Rəşid Babazadə (65 kq) isə üçüncü yeri tutublar. Qeyd edək ki, sərbəst güləş yığmamız II MDB Oyunlarına məşqçilər Nazim Əlicanov, Əşrəf Əliyev və Xəqan Süleymanovun rəhbərliyi altında 9 nəfərlə yollanmışdı. |
|
Xəbər 98 dəfə oxundu. |
|
|