Avropa Paralimpiya Çempionatı: Bu gün cüdo və boccia növləri üzrə idmançılarımız güclərini sınayacaq
Avropa Paralimpiya Çempionatının ikinci günündə cüdo və boccia idman növləri üzrə idmançılarımız öz güclərini sınayacaq.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Cüdo yarışlarında Xanım Hüseynova (-70 kq), Dürsədəf Kərimova (+70 kq”, Xatirə İsmiyeva (+70 kq) və İlham Zəkiyev (+90 kq) medal uğrunda mübarizə aparacaq.

Boccia idman növündə Sona Ağayeva, Orxan Kərimov, Nərmin Ağayeva, Bəhruz Mirzəyev və Xəyal İslamov yarışlarda iştirak edəcəklər.

Xəbər 112 dəfə oxundu.