“Neftçi” – “Beşiktaş” oyununun biletləri satışa çıxarılıb
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Neftçi” – “Beşiktaş” (Türkiyə) oyununun biletləri “iticket.az”da satışa çıxarılıb.

Bu barədə “Neftçi” klubu məlumat yayıb.

Bildirilib ki, “Neftçi Arena”da keçiriləcək qarşılaşmanın biletlərinin qiyməti 10 (1A, 2A, 4A, 5A, 1B, 2B), 15 (3B), 20 (3A) və 30 (VİP) manat təşkil edir.

Qeyd edək ki, avqustun 10-da keçiriləcək oyun saat 21:00-da start götürəcək.

Xəbər 80 dəfə oxundu.