Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə iştirak edəcəklər | |
Azərbaycanın 18 yaşadək çimərlik voleybolçuları Latviyada təşkil edilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak edəcəklər. Yarışa bu gün start veriləcək. Riqada baş tutacaq beynəlxalq turnirdə Azərbaycanı Oqtay Qasımov - Camal Cəlilov və Məhəmməd Aslanlı - Nəriman Bayramlıdan ibarət iki komanda təmsil edəcək. Komandaların baş məşqçisi Cəlil Baxtiozin, meneceri isə Valeriya Romanoviçdir. Qeyd edək ki, turnir avqustun 9-da başa çatacaq. |
|
Xəbər 88 dəfə oxundu. |
|
|