Qadın voleybolçularımız təlim-məşqlərini başa vurublar
Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq planına uyğun olaraq bu gün Bakıdakı təlim-məşqlərini başa vurub.

Ataman Güneyligilin rəhbərlik etdiyi yığmamız paytaxtda təşkil olunmuş toplanış çərçivəsində 3 yoxlama oyunu keçirib. Voleybolçularımız Belarus yığması ilə keçirdiyi hər üç görüşdə qələbə qazanıblar.

İyulun 28-dən avqustun 6-dək davam edən Bakı toplanışının II mərhələsində komandamız bu gün son məşqini keçib. Voleybolçularımız hazırlığın son mərhələsi üçün sabah Sloveniyanın Maribor şəhərinə yollanacaqlar və orada bir neçə yoxlama oyunu da keçirəcəklər. Avqustun 15-də isə millimiz birbaşa Avropa çempionatında qrup oyunlarımızın keçiriləcəyi Almaniyaya yola düşəcək.

Qeyd edək ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi avqustun 15-də start götürəcək və sentyabrın 3-də yekunlaşacaq. Yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq komandamızın rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan yığmaları olacaq. Millimizin oyunları Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.

Avro-2023

Oyunlarımızın təqvimi

C qrupu

18 avqust

22:00. Azərbaycan - Çexiya

19 avqust

22:00. Azərbaycan - Almaniya

20 avqust

22:00. Türkiyə - Azərbaycan

22 avqust

19:00. Azərbaycan - Yunanıstan

23 avqust

22:00. İsveç - Azərbaycan

Xəbər 129 dəfə oxundu.