“Ümid yeri” uşaq sığınacağında gimnastika bölməsinin açılışı olub
Avqustun 3-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağında gimnastika bölməsinin açılışı olub.

Məşqlər AGF-nin təcrübəli məşqçisi tərəfindən tədris olunur.

Həftədə iki dəfə keçirilən məşqlərə uşaq evinin 6-17 yaşlı 20-yə yaxın sakini cəlb olunub.

Xəbər 186 dəfə oxundu.