Azərbaycan millisinin voleybolçusu: Avropa çempionatında uğurla çıxış edəcəyimizə inanıram
İnanıram ki, Avropa çempionatında uğurla çıxış edəcəyik.

Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

İdmançı artıq beşinci dəfə Avropa çempionatında çıxış edəcəyini bildirib: “Bu, məni çox qürurlandırır. Yarışda yığmamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi əlimdən gələni edəcəyəm.

Hazırda məşqlərimiz ciddi şəkildə davam edir. Komandamızda əhval-ruhiyyə yüksəkdir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada, fərqli taktika ilə keçir”.

Y.Kərimova, həmçinin qitə yarışlarında hazırlıq mərhələsi barədə də fikirlərini bölüşüb. “Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir. Təlim-məşqlərə Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk. Sonuncu mərhələni isə Sloveniyada keçəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik. Hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçiririk. Bu qarşılaşmalar bizə komanda olaraq oyunumuzun daha yaxşı alınmasına çox kömək edir. Komandamıza uğurlar arzulayıram”, - deyə idmançı əlavə edib.

Xəbər 90 dəfə oxundu.