3x3 basketbol üzrə qadın millimizin və “Neftçi” komandasının qrupları müəyyənləşib
3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsində qadın millimizin və “Neftçi” komandasının qrupları və oyun təqvimləri müəyyənləşib.

Avqustun 4-5-də Çexiyanın paytaxtı Praqa şəhərində 14 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Praqa mərhələsində iştirak edəcək qadın millimiz qruplara qalmaq üçün İsveçrə və Çili yığmaları ilə təsnifat oyunları keçirəcək. Təmsilçimiz “Neftçi” isə C qrupunda Litva və Latviya milliləri ilə mübarizə aparacaq.

Qadın millimiz ilk təsnifat oyununu avqustun 4-də Bakı vaxtı ilə saat 13:00-da İsveçrə millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 15:40-da Latviya seçməsinə qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutan komandalar dörddəbir finala vəsiqə qazanacaq.

Xəbər 125 dəfə oxundu.