Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib
Bu gün Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib.

Birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.

Qeyd edək ki, raundun cavab görüşləri sabah keçiriləcək.

Xəbər 160 dəfə oxundu.