UEFA Konfrans Liqası: RFŞ və “Sabah” klublarının start heyətləri açıqlanıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gələcək RFŞ (Latviya) və “Sabah” (Bakı) klublarının start heyətləri açıqlanıb.

Latviya klubunun start heyətində Pavel Şteynbor, İsmael Diomande, Emerson, Roberts Savaļniyeks, Sedrik Kuadio, Andrey İliç, Herdi Prenqa, Pyotr Mareş, Stefan Panits, Adam Marxiyev və Jiqa Lipuşçek yer alıblar.

“Sabah”ın heyətində meydana Yusif İmanov, Amin Seydiyev, Con İrasabal, Sofian Çakla, Boyan Letiç, Elvin Camalov, Aleksey İsayev, Kristian da Silva, Davit Volkov, Anatoli Nuriyev və Namik Ələskərov çıxacaqlar.

Latviyanın Yurmala şəhərindəki “Sloka” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər 111 dəfə oxundu.