Peşəkar boksçumuz Nizami Məmmədov “Heydər Əliyev” kəmərinə sahib olub
İstanbulda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş peşəkar boks gecəsi keçirilib.

Turnirdə ölkəmizi ağır çəki dərəcəsində təmsil edən Nizami Məmmədov uğurla çıxış edib. Türk Orhan Namlını ikinci raundda məğlub edən təmsilçimiz peşəkar boksda növbəti qələbəsini qazanıb və “Heydər Əliyev” kəmərinin sahibi olub.

Xatırladaq ki, görüş 4 raunddan ibarət olub.

Xəbər 123 dəfə oxundu.