Azərbaycan Premyer Liqası: Birinci turun oyun cədvəli açıqlanıb
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023-2024-cü illər mövsümünün birinci turunun oyun cədvəli müəyyənləşib.

Peşəkar Futbol Liqası qarşılaşmaların keçirilmə gününü və başlama saatını açıqlayıb.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqa

Birinci tur

4 avqust (cümə)

17:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu

5 avqust (şənbə)

18:30 “Səbail” – “Sumqayıt”

“ASCO Arena”

21:00 “Qarabağ” – “Zirə”

“Azersun Arena”

6 avqust (bazar)

17:00. “Kəpəz” – “Neftçi”

Gəncə şəhər stadionu

20:00. “Sabah” – “Qəbələ”

“Bank Respublika Arena”

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.

Xəbər 106 dəfə oxundu.