Qadın və sərbəst güləşçilərimiz “Poland Open” turnirində güclərini sınayacaqlar
Azərbaycanın qadın və sərbəst güləşçiləri Polşanın paytaxtı Varşavadakı “Poland Open”də iştirak edəcəklər.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

İyulun 27-28-də baş məşqçi Semyon Şterevin rəhbərliyi altında qadın güləşçilərdən Mariya Stadnik (50 kq), Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) gücünü sınayacaq.

İyulun 29-30-da isə baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov və məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi ilə sərbəst güləşçilər mübarizə aparacaqlar. Heyətdə Əliabbas Rzazadə (61 kq), Hacı Əliyev (65 kq), Maqomed-Başir Xaniyev (70 kq), Turan Bayramov, Cəbrayıl Qadjiyev, Xadjimurad Qadjiyev (hamısı 74 kq), Osman Nurmaqomedov (92 kq) və Georgi Meşvildişvili (125 kq) yer alıblar.

Ənənəvi turnirdə II kateqoriyalı hakim Zaur Şərifov ədaləti qoruyacaq.

Qeyd edək ki, “Poland Open” iyulun 30-da başa çatacaq.

Xəbər 97 dəfə oxundu.