“Səbail” klubu “İstanbulspor”dan futbolçu transfer edib
Bakının “Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.

Bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.

Komanda mövsümü “İstanbulspor”da keçirmiş müdafiəçi Adi Mehremiçin keçidini həll edib.

Bosniya və herseqovinalı oyunçu ilə 1,5 illik müqavilə imzalanıb.

Xəbər 456 dəfə oxundu.