“Sabah”ın baş məşqçisi: Var qüvvəmizlə sona kimi mübarizə aparacağıq
Komanda olaraq yaxşı hazırlıq keçdik.

Bu sözləri klubun mətbuat xidmətinə müsahibəsində “Sabah” futbol klubunun baş məşqçisi Murad Musayev bildirib.

Baş məşqçi qeyd edib ki, bütün futbolçular bugünkü oyunu gözləyir. “Hazırda Latviyada çempionat davam edir. Bu, rəqib üçün üstünlük sayıla bilər. Lakin bunda qorxulu heç nə yoxdur. Hər şey bizim özümüzdən asılıdır”.

“Azarkeşlərimizə demək istərdim ki, yaxşı nəticə üçün var qüvvəmizlə sona kimi mübarizə aparacağıq. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq", - deyə Murad Musayev əlavə edib.

Xəbər 88 dəfə oxundu.