Konfrans Liqası: “Sabah” II təsnifat mərhələsində ilk oyununu keçirəcək
Bu gün UEFA Konfrans Liqasında II təsnifat mərhələsinə start veriləcək.

Azərbaycan təmsilçilərindən “Sabah” da ilk oyununu keçirəcək.

Murad Musayevin baş məşqçisi olduğu kollektiv Latviyada RFŞ-lə üz-üzə gələcək. Bu, paytaxt təmsilçisinin avrokuboklarda debüt oyunu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasındakı cavab görüşü bir həftə sonra “Bank Respublika Arena”da təşkil olunacaq.

Xəbər 79 dəfə oxundu.