“Sabah” klubu mərakeşli futbolçu ilə müqavilə imzalayıb
Bakının "Sabah" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Mərakeşli müdafiəçi Maruan Hadudi ilə 1+1 illik müqavilə imzalanıb.

Oyunçu yeni komandasında 24 nömrəli formada çıxış edəcək.

Futbolçu karyerası ərzində ölkəsinin "Rasinq Kasablanka", "Berkan", "Difaa" və "Raca Kasablanka" klublarının şərəfini qoruyub.

Xəbər 76 dəfə oxundu.