“Sabah”ın sabiq futbolçusu Abdulaye Banın yeni komandası müəyyənləşib
Bakının “Sabah” klubundan ayrılan futbolçu Abdulaye Banın yeni komandası müəyyənləşib.

Seneqallı müdafiəçi Portuqaliyanın İkinci liqa təmsilçisi “Tondela”ya transfer olunub.

Otuz iki yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Abdulaye Ba 2022-2023-cü illər mövsümündə "Sabah"da oynayıb.

Xəbər 78 dəfə oxundu.