“Kəpəz” klubu Azərbaycan millisinin üzvünü transfer edib
Gəncənin “Kəpəz” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Gəncə təmsilçisi Azərbaycan millisinin müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə anlaşıb.

Otuz bir yaşlı müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Bəxtiyar Həsənalızadə ötən mövsüm "Sabah"da çıxış edib.

Xəbər 78 dəfə oxundu.