Basketbol millimizin üzvü: Bizim çox güclü komandamız var
Hər birimiz qalib olmaq üçün bütün potensialımızdan istifadə etdik.

Bu sözləri Andorrada keçirilən basketbol üzrə Avropa çempionatının C divizionunun qalibi, qızlardan ibarət U-16 yığmamızın üzvü Leyla Allahverdiyeva söyləyib.

İdmançı Avropa çempionatına necə hazırlaşdıqlarından söz açıb: “Biz 10 ay ərzində çox çalışdıq. Gündə 2 dəfə olmaqla, məşqlərimiz davamlı şəkildə davam etdi. Həmçinin bir sıra yarışlara qatılıb, təcrübəmizi artırdıq".

L.Allahverdiyeva yığmaya dəstək olan hər kəsə minnətdarlığını bildirib. “Bizim çox güclü komandamız var. Hər birimiz bütün potensialımızdan istifadə edərək, qalib olmaq üçün hər şey etdik”, - deyə idmançı bildirib.

Xəbər 110 dəfə oxundu.