Baş məşqçi: Azərbaycanın basketbol üzrə qızlardan ibarət U-16 millisi artıq B divizionunda yarışacaq
Biz Avropa çempionatının kubokunu əldə edib, Vətənə qayıtdıq.

Bu sözləri basketbol üzrə qızlardan ibarət U-16 yığmamızın baş məşqçisi Evren Alkaya bildirib.

Baş məşqçi qeyd edib ki, millimiz Andorada keçirilən Avropa çempionatının C divizionunda beş qarşılaşmaya çıxıb: "Bütün idmançılarıma təşəkkürlərimi bildirirəm. Mən onlarla fəxr edirəm. Azərbaycan Basketbol Federasiyasına da bizə göstərdikləri diqqət üçün ayrıca minnətdarlığımızı bildiririk. Bizim qızlarımız çox güclüdürlər".

E.Alkaya qızlardan ibarət U-16 millimizin yarış zamanı sonadək mübarizə apardıqlarını vurğulayıb: "Azərbaycanın qızlardan ibarət U-16 yığması artıq B divizionunda yarışa biləcək. Təbii ki, məşqlərimiz davam edəcək. Daha böyük uğurlara birlikdə imza atmaq üçün hər zaman çox çalışacağıq".

Xəbər 110 dəfə oxundu.