Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vurub | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bosniya və Herseqovinada təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdıb. Ataman Güneyligilin rəhbərlik etdiyi komanda iyulun 18-dən Zenitsa şəhərində hazırlıq keçib. Bosniya və Herseqovinada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət millimiz bu ölkənin yığma komandası ilə üç yoldaşlıq oyunu da keçirib. İlk oyunda 2:2 hesabı qeydə alınıb. Digər iki qarşılaşmada isə millimiz 3:1 hesablı ilə qələbə qazanıb. Bu oyunlarda komandamızın yeni sistem və taktikaları sınaqdan keçirilib. Xatırladaq ki, komandamız “Avro-2021”də Bosniya və Herseqovina yığmasına 0:3 hesabı ilə məğlub olmuşdu. Avropa çempionatına hazırlaşan yığmamız plana uyğun olaraq hazırlığın növbəti mərhələsini Bakıda davam etdirəcək. |
|
Xəbər 95 dəfə oxundu. |
|
|