“Araz-Naxçıvan” klubu daha bir əcnəbi futbolçu transfer edib
“Araz-Naxçıvan” klubu daha bir əcnəbi futbolçu transfer edib.

Naxçıvan təmsilçisi Bosniya və Herseqovinadan olan Numan Kurdiçlə heyətini gücləndirib.

Bu gün Bakıya gələn mərkəz müdafiəçisi tibbi müayinədən sonra birillik müqavilə imzalayıb. Kurdiç komandanın Qəbələdəki toplanışına qoşulacaq.

İyirmi dörd yaşlı oyunçu karyerası ərzində yerli “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçika çempionatının “Molenbeek” komandasında keçirib.

Xatırladaq ki, “Araz-Naxçıvan” Kurdiçədək 4 legioner - Nuno Miguel, Vanderson, Semir Bukviç və Miço Kuzmanoviçi transfer edib.

Xəbər 75 dəfə oxundu.