UEFA Çempionlar Liqası: “Qarabağ”ın üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Ağdam təmsilçisi bu mərhələdə “Aris” (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə üz-üzə gələcək.

Qarabağ komandası ilk qarşılaşmanı evdə keçirəcək.

Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin ilk matçları avqustun 8-9-da, cavab görüşləri isə ayın 15-də oynanılacaq.

Xəbər 75 dəfə oxundu.