Fərrux Mahmudov “Neftçi”yə prezident təyin olunub
Fərrux Mahmudov “Neftçi” futbol klubuna prezident (baş icraçı direktoru) təyin edilib.

Bu barə klubun mətbuat xidməti məlumat yayıb.

1982-ci ildə anadan olan Fərrux Mahmudov 1999-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdi isə Mərkəzi Avropa Universitetinin Biznes Məktəbində biznesin idarə olunması və marketinq üzrə magistr təhsili alıb.

Fərrux Mahmudov 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasının icraçı direktorudur.

Xəbər 81 dəfə oxundu.