UEFA Konfrans Liqası: Bu gün Azərbaycan klublarının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olacaq
Bu gün UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin püşkü atılacaq.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Azərbaycanın turnirdəki təmsilçiləri “Sabah”, “Neftçi” və “Qəbələ”nin də potensial rəqibləri müəyyənləşəcək.

Hər üç komandanın cütlüyü püşk zamanı səpələnməmişlər səbətində yer alacaq. Bu mərhələdən yarışa qoşulacaq komandalardan “Alkmaar” (Niderland), “Dinamo” (Kiyev, Ukrayna), “Partizan” (Serbiya), “Rapid” (Vyana, Avstriya) və “Aruka” (Portuqaliya) Azərbaycan klublarının potensial rəqibləri sırasındadırlar.

Qeyd edək ki, Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin oyunları avqustun 10-da və 17-də keçiriləcək.

Xəbər 82 dəfə oxundu.