Boksçumuz Elbrus Kərimli Avropa birinciliyinə qələbə ilə başlayıb
Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyinə qələbə ilə başlayıb.

Yarışda 54 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Françesko Crucillanı (İtaliya) məğlub edib. O, 1/16 final mərhələsi çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. E.Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq.

Xəbər 110 dəfə oxundu.