Azərbaycan atıcıları dünya çempionatında iki medal qazanıblar
Koreyanın Çanqon şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Gənclər arasında Dünya Çempionatında bu gün gənc atıcılarımız uğur qazanıblar.

iyulun 24-də qızlar arasında 50 metr məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçüncü yeri tutaraq, eyni növdə həm qızıl, həm bürünc medalı ölkəmizə qazandırıblar.

Xatırladaq ki, iyulun 14-dən başlayan çempionat 25-dək davam edəcək.

Xəbər 124 dəfə oxundu.