ASAPES komandası Avropa çempionatında ardıcıl ikinci qələbəsini qazanıb
Xorvatiyanın Split şəhərində keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında ASAPES komandası ardıcıl ikinci qələbəsini qazanıb.

Futzalçılarımız bu dəfə qrup lideri olan Portuqaliyanın “Minho Universiteti” kollektivini 3-1 hesabı ilə məğlub etməklə 1/4 finala doğru önəmli addım atıblar.

Xatırladaq ki, ASAPES tələbələri dünən Böyük Britaniyanın “Bristol Universiteti” kollektivinə 10:2 hesabı ilə qalib gəlmişdi.

Xəbər 75 dəfə oxundu.