İdman gimnastikası üzrə yığma komandanın üzvləri Avropa Gənclər Festivalında iştirak edəcəklər
Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Festival çərçivəsində idman gimnastikası üzrə yarışlarda ölkəmizi Azərbaycan yığma komandasının üzvləri Aydın Əlizadə, Aytən Məmmədova, Duyğu Məcidzadə təmsil edəcəklər.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı iyulun 23-dən 29-dək davam edəcək.

Xəbər 113 dəfə oxundu.