Messi “İnter Mayami” klubunda debüt matçında qələbə topunu vurub
Argentinalı Lionel Messi ABŞ-ın “İnter Mayami” futbol klubunun heyətində meydançaya çıxdığı ilk oyunda qol vurub.

Messi Liqalar Kubokunun qrup mərhələsində Meksikanın “Kruz Azul” komandasının qapısından qələbə topunu 90+4-cü dəqiqədə cərimə zərbəsi ilə keçirib. Qarşılaşma 2:1 hesabı ilə ABŞ klubunun xeyrinə başa çatıb.

Debüt oyununa ehtiyat oyunçular skamyasında başlayan Lionel Messi meydançaya 54-cü dəqiqədə daxil olub.

Bu, “İnter Mayami” komandasının ABŞ Açıq Kubokunda iyunun 8-dən bəri ilk qələbəsidir. Florida klubu sonrakı altı matçda üç dəfə məğlubiyyətə uğrayıb və üç heç-heçə edib.

Xəbər 95 dəfə oxundu.