“Araz-Naxçıvan” növbəti təlim-məşq toplanışını Qəbələdə keçirəcək
“Araz-Naxçıvan” təlim-məşq toplanışının ikinci mərhələsini Qəbələdə keçəcək.

Hazırlığın birinci mərhələsini Bakıda reallaşdıran Premyer Liqa komandası iyulun 22-də Qəbələyə yollanacaq.

Komanda iyulun 30-dək oradakı “Gilan” hoteldə məskunlaşacaq. Azər Bağırovun yetirmələri bu müddətdə bir yoxlama görüşündə qüvvəsini sınayacaq.

Lakin rəqibin kimliyi və matçın keçirilmə tarixi hələ bəlli deyil.

Xəbər 140 dəfə oxundu.