UEFA “Sabah”ın Konfrans Liqasında ilk matçının gününü dəyişib
Azərbaycan klubları UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını fərqli günlərdə keçirəcəklər.

UEFA “Sabah”ın Latviya klubu RFŞ-lə birinci matçının iyulun 26-da təşkil olunmasını qərara alıb. Baş məşqçi Murad Musayevin yetirmələrinin səfər görüşü Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

“Neftçi” isə bir gün sonra - iyulun 27-də Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”ın qonağı olacaq.

Qeyd edək ki, “Sabah” və “Neftçi” mərhələnin cavab qarşılaşmasını avqustun 3-də Bakıda keçirəcəklər. Daha əvvəl onların səfər oyunlarını da eyni gündə - iyulun 27-də keçirəcəyi açıqlanmışdı.

Xəbər 76 dəfə oxundu.