“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib
“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bosniya və herseqovinalı sol cinah yarımmüdafiəçisi Miço Kuzmanoviçlə müqavilə imzalanıb.

İyirmi yeddi yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, Miço Kuzmanoviç ötən mövsüm ölkəsində “Tuzla Siti”nin formasını geyinib. Yarımmüdafiəçi, həmçinin Bosniya və Herseqovinada “Modriça Maxima”, “Zvijezda”, “Banja Luka”, “Drina Zvornik”, “Mladost Kakanj” və “Sarayevo”da çıxış edib.

Xəbər 102 dəfə oxundu.