“Çelsi” klubu “Santos”un 18 yaşlı hücumçusunu transfer edib
“Çelsi” Braziliyanın "Santos" klubunun hücumçusu Ancelo Qabriel ilə müqavilə imzalayıb.

Bu barədə London futbol klubu məlumat yayıb.

Müqavilənin müddəti haqqında məlumat verilmir.

On səkkiz yaşlı futbolçu Braziliyadan çıxmış ən istedadlı oyunçulardan biridir. O, “Santos”un heyətində 129 oyuna çıxıb və 5 qol vurub.

Xəbər 75 dəfə oxundu.