“İnter Mayami” klubu Messi ilə müqavilə imzalayıb
Amerikanın “İnter Mayami” klubu argentinalı hücumçu Lionel Messi ilə müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə müqavilə 2025-ci il mövsümünün sonunadək imzalanıb.

Messi karyerasının növbəti addımı üçün çox həyəcanlı olduğunu söyləyib: “Bu gözəl imkandır və biz birlikdə heyrətamiz bir layihə qurmağa davam edəcəyik. İdeya qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün birlikdə işləməkdən ibarətdir və mən çox istəyirəm ki, yeni komandama kömək edim”.

Xəbər 97 dəfə oxundu.