İtaliya A seriyası təmsilçisi yoxlama oyununda 22 qol vurub
İtaliya A seriyası təmsilçisi “Sassuolo” futbol klubu yoxlama oyununda 22 qol vurub.

Komanda “Real Vicenzo”nun akademiyası ilə qarşılaşıb və 22:0 hesabı ilə qalib gəlib.

“Sassuolo”nun heyətində Mulattieri (5), Thorstvedt (4), Bajrami (3), Antiste (3), Pinamonti (3), Berardi (2), Kuriakopoulos və Enrike fərqləniblər.

Qeyd edək ki, “Sassuolo” ötən mövsüm A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.

Xəbər 104 dəfə oxundu.