“Qarabağ” klubu sabiq futbolçusu Patrik Andradeni geri qaytarıb
Ağdamın “Qarabağ” klubu sabiq futbolçusu Patrik Andradenin transferini açıqlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Kabo-Verdeli yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Patrik Andrade 2020-ci ildən 2022-ci ilin mayınadək “Qarabağ”da çıxış edib. Sonra o, Serbiyanın “Partizan” klubuna keçib. Otuz yaşlı futbolçu 2022-2023-cü illər mövsümündə Serbiya təmsilçisinin heyətində bütün turnirlərdə 26 oyunda iştirak edib, 2 qol vurub və 3 qolun ötürməsini edib.

Xəbər 102 dəfə oxundu.