Musa Qurbanlı “Yurqorden”də ilk məşqinə çıxıb
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda ilk məşqinə çıxıb.

Bununla bağlı klub feysbuk hesabında video paylaşıb.

Futbolçumuz iyulun 17-də “Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirak edə bilər.

Qeyd edək ki, bu yay “Qarabağ”dan ayrılan M.Qurbanlı “Yurqorden”lə üçillik müqavilə imzalayıb.

Xəbər 119 dəfə oxundu.