Basketbol üzrə U-20 millimiz slovakiyalı həmyaşıdlarına uduzub
Basketbol üzrə Azərbaycan millisinin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatının B divizionunda növbəti oyunu keçirib.

C qrupunu sonuncu pillədə tamamlayan yığmamız 17-20-ci yerlər uğrunda oyunda Slovakiya seçməsi ilə qarşılaşıb. Görüş rəqibin 61:47 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz növbəti oyununu iyulun 16-da Albaniya seçməsinə qarşı keçirəcək.

Xəbər 113 dəfə oxundu.