“Sumqayıt” təlim-məşq toplanışını Türkiyədə keçirəcək
“Sumqayıt” futbol klubu yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcək.

2023/2024-cü illər mövsümü üçün hazırlıq işləri davam etdirilir. İyunun 26-dan etibarən baş məşqçi Samir Abasovun rəhbərliyi ilə çalışmalara start verən komanda təlim-məşq toplanışı üçün iyulun 16-da Türkiyəyə yollanacaq.

Qeyd edək ki, “Sumqayıt” 16-27 iyul tarixlərində Ərzurum şəhərində olacaq, yoxlama oyunları keçirəcək.

Xəbər 109 dəfə oxundu.