“Neftçi” klubunun məşqçilər korpusuna yeni təyinatlar olub
Bakının “Neftçi” futbol klubunun məşqçilər korpusuna yeni təyinatlar olub.

45 yaşlı Alin-Nikolaye Çita köməkçi məşqçi, 44 yaşlı Aurelian-Boqdan Petraşku analitik məşqçi, 28 yaşlı Miodraq Todorov fiziki hazırlıq üzrə məşqçi, 47 yaşlı Mihai-Qavril Nedeban isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Mütəxəssislərin hər biri ilə ikiillik müqavilə imzalanıb.

Baş məşqçi Adrian Mutu və köməkçiləri artıq Sankt-Peterburqda təlim-məşq toplanışında olan komandanın düşərgəsindədirlər.

Xəbər 116 dəfə oxundu.