Bu gün “Zirə” və “Kəpəz” klubları yoxlama oyununda üz-üzə gələcəklər
Yeni mövsümə hazırlığı davam etdirən "Zirə" və "Kəpəz" komandaları bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Zirə İdman Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, bu, "Zirə"nin yay fasiləsində ilk yoxlama oyunu olacaq. "Kəpəz" isə bundan əvvəl "Səbail"lə qüvəsini sınayıb və 1:2 hesabı ilə uduzub.

Xəbər 102 dəfə oxundu.