U-19 Avropa çempionatının finalçıları müəyyənləşib
Maltada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının finalçıları müəyyənləşib.

Portuqaliya millisi Norveçi, İtaliya seçməsi isə İspaniyanı məğlub edərək finala yüksəliblər.

İtaliya və Portuqaliya milliləri artıq bir dəfə qrup mərhələsində üz-üzə gəliblər. Həmin oyunda Portuqaliya millisi İtaliya yığmasını 5:1 hesabı ilə məğlub edib. A qrupunda yer alan Portuqaliya yığması uç oyunda uç qələbə qazanaraq qrupu lideri olub. İtaliya təmsilçisi isə həmin qrupda dörd xalla ikinci pillədə qərarlaşıb.

U-19 Avropa çempionatının final oyunu iyulun 16-da “Nasional” stadionunda keçiriləcək.

Xəbər 89 dəfə oxundu.