“Yuventus” klubu dörd futbolçusu ilə yollarını ayıracaq
İtaliyanın “Yuventus” klubu dörd futbolçusu ilə yollarını ayıracaq.

Komanda Uinston Makkeni, Denis Zakariya və Arturla vidalaşmağı planlaşdırır. Siyahinda, həmçinin “Yuventus”un kapitanı italiyalı müdafiəçi Leanardo Bonnuçinin də adı var.

Xatırladaq ki, Bonuççi 12 ildir “Yuventus”da çıxış edir. İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlərdə 26 oyun keçirib və iki qol vurub. Futbolçunun Turin klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonunadək qüvvədədir.

Xəbər 119 dəfə oxundu.