Luiş Nani karyerasını Türkiyədə davam etdirəcək
Portuqaliya millisinin sabiq futbolçus Luiş Nani karyerasını Türkiyədə davam etdirəcək.

36 yaşlı yarımmüdafiəçi “Adana Demirspor”a keçib. Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Nani ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, son klubu “Melburn Viktori” (Avstraliya) olan futbolçu daha əvvəl "Mançester Yunayted", "Sportinq", "Fənərbağça"da çıxış edib.

Xəbər 101 dəfə oxundu.