Şahin Bağırov: Millimizin Avropa çempionatında yüksək nəticələr əldə edəcəyinə inanıram
Qadın voleybolçulardan ibarət milli komandamızın Avropa çempionatında iştirak etməsi bizim üçün önəmli məsələdir. Qarşıdakı hədəflərimiz böyükdür.

Bu sözləri Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov iyulun 14-də qurumun yarımillik hesabatına həsr olunmuş mətbuat konfransında deyib.

Millimizin Avropa çempionatına hazırlığı davam etdirdiyini bildirən Ş.Bağırov qeyd edib ki, yığmamızın yüksək nəticələr əldə edəcəyinə inanıram. Əsas hədəfimiz aşağı yaş qruplarında bu idman növünün inkişaf etdirilməsidir. Həmçinin bölgələrdə voleybolun inkişafı istiqamətində işlər görülür. Voleybol Akademiyası yaratmaq istiqamətində bir sıra addımlar atılıb. Həmin akademiyaya mütəxəssislər cəlb edərək voleybolumuzu inkişaf etdirmək niyyətindəyik.

Xəbər 114 dəfə oxundu.