Eşli Yanqın “Everton”a keçidi rəsmiləşib
Eşli Yanqın İngiltərənin “Everton” klubuna keçidi rəsmiləşib.

Müdafiəçi ilə birillik müqavilə imzalanıb.

Otuz səkkiz yaşlı futbolçunun son klubu iyunda tərk etdiyi "Aston Villa" olub. Əvvəllər "İnter", "Mançester Yunayted" və "Uotford"da da çıxış edən İngiltərə millisinin sabiq üzvü “Everton”a azad agent kimi keçib.

Xəbər 100 dəfə oxundu.